Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köhnə məktəblərə yeni nəfəs verildi - Əvvəl və sonra... - FOTO

Köhnə məktəblərə yeni nəfəs verildi - Əvvəl və sonra... - FOTO

Tarix: 15 Sentyabr 2023 21:06

Bu gün Heydər Əliyev Fondunun Ağcabədi, Göyçay, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Şamaxı və Tərtərdə inşa etdiyi yeni məktəblər istifadəyə verildi.

Sonxeber.net xəbər verir ki, bu tədris ilində Fond tərəfindən 29 məktəb, o cümlədən 3 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir. 2004-cü ildən etibarən isə Fond ümumilikdə 500 məktəb təmir-bərpa və inşa edib. Elə bu gün 500-cü məktəb Şamaxıda açılıb.

Bu məktəblərin mövcud binaları fiziki olaraq artıq köhnəldiyindən istifadəyə yararsız idi. Həmin binalardan ən qədimi Qəbələnin Nic qəsəbəsindəki 150 ildən çox yaşı olan məktəb idi.

Artıq bu təhsil ocaqlarının köhnə halından əsər-əlamət qalmayıb. Müəllim və şagirdlər bu tədris ilindən yeni binada təhsillərinə davam edəcəklər. Sizə bu gün açılışı olan məktəblərin əvvəlki və yeni görüntülərini təqdim edirik.


Etiketlər:  Köhnə məktəblərə yeni nəfəs verildi Əvvəl sonra FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ