Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2023 11:20
Xəbər verdiyimiz kimi, "Dərman vasitələri haqqında" qanuna edilmiş dəyişikliklərlə dərman vasitələrinin qiymətlərinin yuxarı həddi müəyyənləşib. Yəni, bu bu vaxta qədər hər hansı bir dərman vasitəsinin qiyməti 10 manat idisə, bu vahid qiymət hesab olunurdu.
Heç bir əczaçı fiks qiyməti nə artıra, nə də azalda bilməzdi. Qanuna edilmiş yeni dəyişikliyə görə dərman qiymətlərinin yalnız yuxarı həddi müəyyənləşib.
Bir sözlə əczaçıya dərmana qoyduğu qiyməti azalmaq ixtiyarı verilir. Bu qərar dərman satışı sahəsində saglam marketinq mühiti formalaşdıracaq. Məsələn, topdan dərman satışı ilə məşğul olanlar qiyməti nisbətən ucuzlaşdıraraq daha çox satış edə biləcəklər. Qiymət rəqabətinin yaranması isə satıcı ilə yanaşı alıcıya da sərf edəcək. Üstəlik xarici təcrübədə istifadə müddəti azalan dərmanların endirimlə satılması faktı var.
Məsələn, Türkiyədə bu qiymət siyasəti çox uğurla aparılır.
Qeyd edək ki, dövlət başçısının müvafiq fərmanı ilə "dərman vasitələri haqqında" qanuna edilmiş dəyişikliklərlə 13 dövlət qurumunun təmsil olunduğu tarif şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılmışdı.
Tariflər bu gündən qüvvəyə minir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: