Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin tərifləri Trampın xoşuna gəldi

Putinin tərifləri Trampın xoşuna gəldi

Tarix: 16 Sentyabr 2023 20:14

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin son təriflərini yüksək qiymətləndirdiyini bildirib.

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, Rusiya prezidentinin Ukraynadakı müharibə ilə bağlı mövqeyini düzgün adlandırıb.

Tramp bildirib: "Nə edəcəyinizi dəqiq deyə bilməzsiniz. Amma mən Putinə müəyyən şeylər deyərdim. Zelenskiyə də".

Xatırladaq ki, ötən həftə Vladimir Putin Donald Trampın ABŞ-da hakimiyyətə gələcəyi təqdirdə, Ukrayna münaqişəsinin həllinə kömək etmək niyyətindən məmnun olmacağını deyib.

Tramp Putinin şərhlərini təqdir edib: "Bu sözləri xoşuma gəlir. Çünki dedikləri düzdür. Mən onu otağa çəkərdim. Zelenskini də həmin otağa dəvət edərdim. Sonra onları bir araya gətirərdim. Sövdəyə girərdim".

Milli.Az


Etiketlər:  Putinin tərifləri Trampın xoşuna gəldi


RƏYLƏR