Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Miqrantlarla toqquşmalarda 26 polis yaralandı

Miqrantlarla toqquşmalarda 26 polis yaralandı

Tarix: 17 Sentyabr 2023 15:36

Almaniyanın Ştutqart şəhərində (Baden-Vürtemberq federal əyaləti) Eritreyadan olan miqrantlarla polis arasında toqquşma baş verib, 26 polis əməkdaşı yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

İğtişaşlar 200-ə yaxın insanın iştirak etdiyi mədəniyyət festivalı zamanı qeydə alınıb. Onu Eritreya hakimiyyətinə yaxın bir təşkilat təşkil edib. Tədbir iştirakçıları ilə Afrika ölkəsindən olan hakimiyyətə dəstək verməyən digər şəxslər arasında qarşıdurma başlayıb. Nəticədə qarşıdurma polislə toqquşmaya çevrilib.

DPA-nın məlumatına görə, polisə daş və şüşə butulkalar atılıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.

Milli.Az


Etiketlər:  Miqrantlarla toqquşmalarda 26 polis yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ