Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2023 12:48
"Kazbegi-Yuxarı Lars" keçid məntəqəsi ilə yüklərin daşınması ləngiyir.
Sonxeber.net xəbər verir ki, bu yolda aparılan təmir işləri ilə əlaqədardır. Yolda vəziyyət yük maşınlarının hərəkətinə maneə yaradır.
Belə ki, Rusiyanın göndərdiyi humanitar yardımın Xankəndinə sürətli keçidi üçün Ağdam-Xankəndi yolundan istifadə hər üç tərəf üçün daha səmərəli olacaq.
Xatırladaq ki, Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan bu il mayın 5-də bildirib ki, tikinti və bərpa işləri ilə əlaqədar olaraq avtomobillər üçün mövcud keçidlərin fəaliyyəti bir ay müddətinə müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.
Yüklər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə daşınacaq. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə yük daşıyacaq.
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçid etdi. "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarında yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib.