Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tarixlərdə İranda yeni doğulanların sayı həmişə çox olur - SƏBƏB?

Bu tarixlərdə İranda yeni doğulanların sayı həmişə çox olur - SƏBƏB?

Tarix: 30 Oktyabr 2019 16:24

Bakı. Elnur Bağışov - Trend:

İranda bir sıra valideynlər uşaqlarını dünyaya gətirmək üçün yaddaqalan günləri seçirlər.

Trend-in məlumatına görə, bunu İranın Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Təşkilatının sözçüsü Seyfulla Əbuturabi deyib.

S.Əbuturabinin sözlərinə görə, İran təqvimi ilə 07.07.1397 (29.09.2018) tarixində İranda 2 187 nəfər, Tehranda isə 352 nəfər dünyaya gəlib.

Sözçü əlavə edib ki, 06.06.96 (28.08.2017) tarixində 5 680 nəfər, 05.05.95 (26.07.16) tarixində isə 6 013 nəfər dünyaya gəlib.

İranın Səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İrəc Hərirçi isə bildirib ki, bəzi yaddaqalan günlərdə İranda özəl xəstəxanalarda qeysəriyyə əməliyyatı 10 dəfə artır.

Qeyd edək ki, İran təqvimi ilə bu gün 08.08.98 (30.10.19) uşaqların dünyaya gəlməsi üçün yaddaqalan - zerkalnı” gün hesab olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  tarixlərdə İranda yeni doğulanların sayı həmişə çox olur SƏBƏB


RƏYLƏR