Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 16:30
Bakı. Samir Əli - Trend:
17 il axtarışda olan Astara sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində 08.11.2002-ci il tarixində axtarış elan olunmuş Astara rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılaraq adiyyatı üzrə təhvil verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin