Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpələrə nə qədər meyvə şirəsi içirmək olar?

Körpələrə nə qədər meyvə şirəsi içirmək olar?

Tarix: 19 Sentyabr 2023 05:33

Bütün uşaqlar şirin meyvə şirələrini sevir, amma valideynlər gündə nə qədər şirə verəcəyini bilmir, bir çoxu isə ümumiyyətlə,zərərli olacağını düşünüb qadağan edir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, gün ərzində şirə qəbulunun normasını gözləməsək, bağırsaq pozulması baş verə bilər.

Şirələrdə az kalori yoxdur. Çox şirə içən uşaqlarda aşırı piylənmə də ola biər. Ona görə uşağa hazır şirələr alarkən tərkibində çox konservant, yüksək şəkər olanları seçməyin.

Körpəyə 6 ayından şirə verməyə başlamaq olar. Şirənin miqdarını hesablamaq çox sadədir.
Uşağın yaşındakı ayların sayını 10-a vurmaq lazımdır. Yəni, 6 aylıq uşağa 60 ml, 7 aylığa 70 ml, 1 yaşlı uşağa 100 ml sutkalıq şirə normasıdır.
1-3 yaş arası uşaqlar 100-120 ml şirə ilə bilər.
3-5 yaş arası 150-200 ml arası.

Amma 6 yaşdan 10 yaşa qədər uşaqlara da gündə 200 ml miqdarı aşmaq olmaz.


Etiketlər:  Körpələrə qədər meyvə şirəsi içirmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ