Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarab olmuş balıq yedi, əllərini və ayaqlarını itirdi

Xarab olmuş balıq yedi, əllərini və ayaqlarını itirdi

Tarix: 19 Sentyabr 2023 08:16

Amerikalı qadın tərkibində təhlükəli bakteriyalar olan balığı yedikdən sonra əzalarını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 40 yaşlı Laura Baraxas ağır vəziyyətdə ABŞ-nin Kaliforniya ştatının xəstəxanasına yerləşdirilib. Tilapiya balığını yedikdən sonra qadında sepsis inkişaf edib.

"Həkimlər onu medikamentoz komaya salıblar. Onun əl və ayaq barmaqları və dodaqları qaralıb, onda böyrək çatışmazlığı inkişaf edib", - deyə amerikalı qadının yaxın rəfiqəsi bildirib.

Həkimlər xəstənin əzalarını amputasiya etməli olublar. Ekspertlər qadının şam yeməyində yediyi balıqda "ət yeyən" vibrionlar kimi tanınan təhlükəli "Vibrio Vulnificus" bakteriyasının olduğunu aşkar ediblər.

Bu mikroorqanizmlər mədə-bağırsaq traktının pozğunluqlarına səbəb ola bilər və əgər balıq lazımi dərəcədə istilik emalından keçməmişsə, vibrionlar bədəndə sürətlə çoxalmağa başlayacaq və sepsisin inkişafına səbəb olacaq.

Milli.Az


Etiketlər:  Xarab olmuş balıq yedi əllərini ayaqlarını itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ