Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəhman Rəhmanov oğlunun ölüm səbəbini AÇIQLADI

Rəhman Rəhmanov oğlunun ölüm səbəbini AÇIQLADI

Tarix: 19 Sentyabr 2023 13:12

Xəbər verdiyimiz kimi, Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanoğlu bu gün səhər saatlarında vəfat edib.

Sonxeber.net xəbər verir ki, Rəhman Rəhmanov Lent.az-a oğlunun ölüm səbəbini açıqlayıb.

"Xəstə yatmırdı, anidən olub. Trombu var idi, böyrəkləri işləmədi...

Bu dəqiqə dəfnə hazırlaşıram, meyiti hələ ortadadır, danışa bilmirəm", - o bildirib.

Qeyd edək ki, gözəl səsi olan Emil Rəhmanoğlu uzun müddət narkotik asılılığından əziyyət çəkib.  O, 2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olub. 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb. 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib. 

2 dəfə ailəli olub. 43 yaşı var idi.


Etiketlər:  Rəhman Rəhmanov oğlunun ölüm səbəbini AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ