Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

11 uşağı qaçırıb satan qadına AĞIR CƏZA - FOTO

11 uşağı qaçırıb satan qadına AĞIR CƏZA - FOTO

Tarix: 20 Sentyabr 2023 07:54

Çinin cənubundakı Quyçjou əyalətinin məhkəməsi 11 uşağı qaçıraraq satan qadını ölüm cəzasına məhkum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iş materiallarına görə, Yuy Huayin 1963-cü ildə yoxsul ailədə anadan olub. Cinayətkarın ilk qurbanı öz oğlu olub. Qadın başqasıyla evli olan sevgilisindən nikahdan kənar oğlan uşağı dünyaya gətirib. Hər iki valideyn uşağı böyütməyə hazır olmadığı üçün 1992-ci ildə onu 5 min yuana (o vaxtkı məzənnə ilə təxminən 906 dollar) satıblar.

Cinayətkarlar həmişə eyni sxem üzrə hərəkət ediblər: Yeni bölgəyə gəlib, uşaqlı ailələri axtarıb və balacalara şirniyyat verməklə onların etibarını qazanıblar. Əksər hallarda onların qurbanları yoxsul təbəqənin nümayəndələri olub.

Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin məlumatına görə, 2010-cu ildən 2019-cu ilə qədər ölkədə 112,7 min qadın və uşaq insan alverinin qurbanı olub.

Milli.Az


Etiketlər:  11 uşağı qaçırıb satan qadına AĞIR CƏZA FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ