Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2023 21:55
Türkiyəli müğənni Nilüfər koronavirusa yoluxub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, yüksək qızdırma səbəbindən getdiyi xəstəxanada virusa yoluxduğunu öyrənən sənətçi artıq müalicəyə başlayıb. Bu barədə o, sosial şəbəkədə bildirib:
"Müalicəm xəstəxanada davam edir. Dəyərli həkimlərimizin səyi ilə sağalma prosesimi ən qısa zamanda başa çatdıracağam. Xəstəliyimə görə sentyabrın 22-də baş tutacaq konsertimi oktyabrın 14-nə təxirə salmalı oldum".