Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda onlarla gənc aksiyaçı həbs olundu

Ermənistanda onlarla gənc aksiyaçı həbs olundu

Tarix: 21 Sentyabr 2023 07:44

Ermənistanın paytaxtı İrəvanın "Respublika" meydanında keçirilən nümayişdə onlarla gənc həbs edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu vəkil Arsen Babayan feysbukdakı hesabında yazıb.

O, qeyd edib ki, İstintaq Komitəsinin rəhbərliyindən istefa verib. Arsen Babayanın sözlərinə görə, həbs edilənlərdən biri onun yaxınıdır və həmin gənc kütləvi iğtişaşlarda iştirakçı bilinir.

"Bu, mövcud hakimiyyətin həyata keçirdiyi bilavasitə kütləvi siyasi həbslərin cinayət prosesidir", - vəkil vurğulayıb.

Milli.Az


Etiketlər:  Ermənistanda onlarla gənc aksiyaçı həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ