Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2023 19:54
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Co Bayden tərəfindən təşkil edilən qəbulda iştirak edib.
Bu barədə XİN-in "X" (tvitter) sosial şəbəkə hesabında məlumat verilib.
Qəbul çərçivəsində Azərbaycan XİN rəhbəri ABŞ Prezidenti Co Baydenlə görüşüb.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçiriləcək müzakirələrə qatılacaq.
Bu günlərdə BMT Baş Assambleyasının iclası keçirilir. Bununla əlaqədar ABŞ-da səfərdə olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri BMT TŞ və BMT Baş Assambleyasının iclaslarında iştirak edə bilərlər.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.