Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib - MN

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib - MN

Tarix: 21 Sentyabr 2023 20:08

Sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.

Peşəkar hərbi həkimlərimiz tərəfindən erməni əsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.

Milli.Az


Etiketlər:  Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib MN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ