Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2023 22:20
Türkiyə Futbol Federasiyası "Fiorentina"nın və "Adana Dəmirspor"un sabiq çalışdırıcısı Vinçenzo Montellanı Türkiyə millisinin yeni baş məşqçisi təyin edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bundan öncə Stefan Kunz yığmanın sükanı arxasından qovulub. Onun rəhbərliyi altında keçirdiyi son iki matçda komanda Ermənistanla heç-heçə edib (1:1), Yaponiyaya uduzub (2:4).
Montellanın son iş yeri 2023-cü ilin iyununda qovulduğu Türkiyə Superliqa klubu "Adana Dəmirspor" olub.
Qeyd edək ki, hazırda seçmə komanda 2024-cü il Avropa çempionatının seçmə mərhələsində D qrupunda ikinci yeri tutur.