Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2023 17:24
"Vaqner"in keçmiş rəhbəri Yevgeni Priqojinin Mərkəzi Afrika Respublikasındakı (MAR) biznesini Rus Evinin rəhbəti Dmitri Sıtıy idarə edir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Sıtıy "Vaqner"in MAR-dakı bazadan qızıl, almaz və taxta-şalban ixrac etmək üçün istifadə etdiyi daşıma şirkətləri şəbəkəsinə nəzarət edir. Bildirilib ki, Rus Evinin rəhbəri həm də "Vaqner"in maliyyələşdirdiyi KİV-lərə də rəhbərlik edir.
Qeyd edək ki, avqustun 23-də "Vaqner" rəhbəri Yevgeni Priqojin təyyarə qəzası nəticəsində ölüb.