Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“iPhone 15 Pro”nun kamera qüsuru açıqlandı

“iPhone 15 Pro”nun kamera qüsuru açıqlandı

Tarix: 22 Sentyabr 2023 18:08

"Apple" şirkəti "iPhone 15 Pro" smartfonlarının kamerasındakı qüsuru açıqlayıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, şirkət yeni Pro modellərdə inkişaf etmiş böyütmənin olmadığını bildirib. 

Məlumata görə, yeni smartfonların kamerasında 10x böyütmə yoxdur. Bildirilir ki, qabaqcıl zoom "Samsung Galaxy S23 Ultra" da daxil olmaqla bir çox flaqmanlarda istifadə olunur. 

Mütəxəssislər qeyd ediblər ki, 10x böyütmə ilə yüksək keyfiyyətli fotoşəkilləri əldə etmək çox çətindir. Bu böyütmə ilə şəkillər sabitləşmənin olmaması səbəbindən qeyri-aydın və bulanıq çıxacaq.

"Dünyanın ən möhkəm ştativi əlinizdə yoxdursa, ondan istifadə etmək həqiqətən çətin olacaq", - şirkət bildirib. 

Apple həmçinin bildirib ki, digər smartfonların istifadəçiləri çox nadir hallarda 10x zoom istifadə edirlər. 

Milli.Az


Etiketlər:  iPhone 15 Pronun kamera qüsuru açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ