Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ISESCO-nun sabiq Baş direktoru İlham Əliyevi təbrik edib

ISESCO-nun sabiq Baş direktoru İlham Əliyevi təbrik edib

Tarix: 22 Sentyabr 2023 18:42

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri!

Qarabağda həyata keçirilən tədbirlər nəticəsində terrorçu silahlı birləşmələrin təslim olması və tərk-silah edilməsi ilə əlaqədar Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu yeni qələbə regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm addımdır.

Uca Allaha Sizi və Azərbaycan xalqını qoruması üçün dua edirəm.

Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az


Etiketlər:  ISESCO nun sabiq Baş direktoru İlham Əliyevi təbrik edib


RƏYLƏR