Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hansı qidalar bizi küt və qəmli edir?

Hansı qidalar bizi küt və qəmli edir?

Tarix: 23 Sentyabr 2023 00:48

Nevroloqlar beynin kütləşməsi və əhvalın dəyişməsinə qidaların da təsir etdiyini bildirir. Hətta elə qidalar var ki, insanı axmaq, key, küt edə bilir.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, alimlər yeni tədqiqatla rafinə edilmiş karbohidratların beynin koqnitiv funksiyalarına təsir etdiyini sübut ediblər.

Onlar 95 qadın və kişi üzərində tədqiqat aparıblar.

Məlum olub ki, rafinə olunmuş karbohidrat və yağlardan hazırlanmış qidalar hər iki cinsin üzvlərinə pis təsir edir. Yüksək qlikemik indeksli qidalar yemək beyin funksiyalarını azaldır, depressiyaya səbəb olur.

Həkim nevroloq Vyaçeslav Pavlov əlavə edib ki, XX əsrin ortalarından, xüsusən 50-ci illərdən sonra dünyada kütləvi olaraq qida vərdişi və menyusu dəyişdi.

Aclıqdan çıxan ölkələr ucuz və rafinə edilmiş, emal edilmiş qidalar istehsal etməyə, qida mənbələri axtarmağa başladı.
Kolbasa, sosis, qlütenli buğda, bitki yağları, marqarin, buzlu ət, makaronlar bu dövrdə aktuallaşdı.

Karbohidrat beyin üçün yanacaq mənbəyidir. Onlar qlükozaya parçalanır. Amma hər karbohidrat bunun üçün uyğun deyil.
Tam karbohidrat lifə malikdir, onlar emal olunmur. Rafinə edilmiş karbohidratlar isə boş kaloridir, heç bir lif, mineral, vitamin tərkibi yoxdur, sadəcə, mədəni dolu saxlayır.

Misal olaraq, un məmulatları, bulka, peçenye, desert, ağ çörək, quru səhər yeməkləri, sıyıqlar, ağ düyü və s.
Bu qidalar psixi sağlamlığı da pozur, xüsusən uşaq və qadınlarda depressiya yaradır.

Belə qidalar təbii olaraq qlükozaya parçalanmır, yedikdən qısa müddət sonra qanda şəkər kəskin qalxır, orqanizmdə hormonal reaksiyalar zənciri yaradır. Nəticədə hüceyrələr ac qalır, yorğunluq, əhval düşüklüyü, depressiya yaranır.

Üstəlik piylənmə diabetə səbəb olur, insanlar daim stress və təşviş içində olur".

Milli.Az


Etiketlər:  Hansı qidalar bizi küt qəmli edir


RƏYLƏR