Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hidrogen peroksidin bu qaydada istifadəsi ölümə səbəb ola bilər

Hidrogen peroksidin bu qaydada istifadəsi ölümə səbəb ola bilər

Tarix: 23 Sentyabr 2023 19:42

Yüksək dozada hidrogen peroksid insan sağlamlığında problemlər yarada bilər və həmçinin xərçəng hüceyrələrinin inkişafına səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 22-də "Annals of Emergency Medicine" tibb jurnalında dərc olunan məqalədə deyilir.

Məqalədə, həmçinin bildirilir ki, bu maddə insult, əlillik və digər ağır xəstəliklərə gətirib çıxara bilər. Tədqiqata əsasən, hidrogen peroksidin venadaxili və peroral istifadəsi ABŞ-nin Qida və Dərman Agentliyi (FDA) tərəfindən tövsiyə edilmir.

Hidrogen peroksid irinli yaraların, kapilyar qanaxma sahələrinin yerli dezinfeksiyası, stomatit, angina və ginekoloji xəstəliklər zamanı xarici dezinfeksiya üçün istifadə olunur.

Bununla belə, maddə daxilə üç millilitrdən çox olaraq qəbul edildikdə ölümlə nəticələnə bilər.

Milli.Az


Etiketlər:  Hidrogen peroksidin bu qaydada istifadəsi ölümə səbəb ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ