Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2023 23:58
Almaniya və Polşa arasında miqrantlara yüz minlərlə iş vizasının qeyri-qanuni verilməsi ilə bağlı qalmaqal yaranıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Almaniya kansleri Olaf Şolts bildirib ki, ölkələr arasında sərhəd nəzarətini gücləndirmək lazım ola bilər:
"Almaniyaya gəlib cinayət törədən hər kəs vətənə qaytarılmalıdır. Almaniya sığınacaq hüququna sadiqdir. Sərhədlərdəki vəziyyətlə əlaqədar Polşada vizaların verilməsi zamanı mümkün pozuntulara aydınlıq gətirilməlidir. Pulla verilən vizalar problemi daha da ağırlaşdırdı. Sərhədlərdə mövcud vəziyyətdən asılı olaraq əlavə tədbirlər görülməlidir".