Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə sərnişin avtobusu aşıb: 3 nəfər ölüb, 22 nəfər yaralanıb - FOTO

Türkiyədə sərnişin avtobusu aşıb: 3 nəfər ölüb, 22 nəfər yaralanıb - FOTO

Tarix: 24 Sentyabr 2023 11:58

Türkiyənin Ərzurum bölgəsinin Horasan rayonunda sərnişin avtobusunun xəndəyə aşması nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, xəbər üzərinə qəza yerinə sağlamlıq, xilasetmə, polis və jandarma qrupları sövq edilib.

Hadisə yerinə gələn qruplar avtobusun şüşələrini sındıraraq sıxışan sərnişinləri xilas edib. Qəza nəticəsində avtomobildə qalan Turan Çağrıboğa hadisə yerində dünyasını dəyişib. Yaralılar arasında Neclem Vəliyeva və Nezahat Bayramı aparıldıqları Horasan Dövlət Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qəzada yaralanan sürücü və 21 nəfər ətrafdakı xəstəxanalara çatdırılıb.

Milli.Az


Etiketlər:  Türkiyədə sərnişin avtobusu aşıb 3 nəfər ölüb 22 nəfər yaralanıb FOTO


RƏYLƏR