Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş AK rəhbəri: Ukraynanın Aİ-yə inteqrasiyası parçalayıcı islahatlar tələb edəcək

Keçmiş AK rəhbəri: Ukraynanın Aİ-yə inteqrasiyası parçalayıcı islahatlar tələb edəcək

Tarix: 24 Sentyabr 2023 12:39

Aİ Ukraynanın cəmiyyətə inteqrasiyası üçün mübahisəli islahatlar keçirməlidir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "Financial Times" qəzetinə müsahibəsində Avropa Komissiyasının (AK) keçmiş rəhbəri (2004-2014) Xose Manuel Barrozu deyib.

O deyib ki, biz "Aİ-də böyük fikir ayrılığına səbəb ola biləcək institusional balansda əsaslı dəyişiklikdən" danışırıq: "Üzvlərin sayının artırılması istər-istəməz xarici siyasət və ya büdcə məsələləri kimi yekdilliyin tələb olunduğu sahələrdə qərarların qəbulunda problemlərə gətirib çıxaracaq".

Barrozunun sözlərinə görə, radikal tədbirlərə əl atmaq əvəzinə blok ilk növbədə bank ittifaqının tamamlanmasına, Kapital Bazarları İttifaqının yaradılmasına, geosiyasi məsələlərdə irəliləyiş əldə etməyə diqqət etməlidir.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen daha əvvəl "The Washington Post"a demişdi ki, Ukraynanın Avropa İttifaqına daxil olma vaxtı Kiyevin özündən və onun buna hazır olmasından asılıdır. Onun sözlərinə görə, vahid bazara və Avropa İttifaqına daxil olmaq üçün məhkəmə sistemi, qanun və iqtisadiyyatla bağlı bütün meyarlar toplusu var.

Milli.Az


Etiketlər:  Keçmiş AK rəhbəri Ukraynanın inteqrasiyası parçalayıcı islahatlar tələb edəcək


RƏYLƏR