Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fiat Chrysler'' ilə Fransız ''PSA'' şirkətləri birləşıb

''Fiat Chrysler'' ilə Fransız ''PSA'' şirkətləri birləşıb

Tarix: 31 Oktyabr 2019 02:56

Bakı, Trend:

Fransız "PSA" idarə heyəti ABŞ-İtaliya avtomobil nəhəngi olan "Fiat Chrysler" ilə birləşməyi təsdiqləyib.

Trend-in məlumatına görə, "Fiat Chrysler" idarə heyəti cümə axşamı günü toplanacaq və birləşmə barədə dəqiq qərar verəcək.

Bundan əvvəl, "Fiat Chrysler" şirkətinin nümayəndələri, fransız avtomobil istehsalçısı "Renault" ilə birliyin mümkünlüyünü müzakirə ediblər, lakin razılaşma həyata keçirilmədi. Bunun səbəblərindən biri də bunun Fransa hakimiyyəti tərəfindən təsdiqlənməməsi idi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Fiat Chrysler ilə Fransız şirkətləri birləşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ