Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Harri Potter"in aktyoru tanınmaz halda - FOTO

Tarix: 24 Sentyabr 2023 22:00

"Harri Potter" filminin məşhur ulduzu,  Vinsent Krabbe rolunu canlandıran Ceymi Ueylet tanınmaz hala düşüb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 34 yaşlı aktyorun çəkildiyi sonuncu film "Harri Potter" olub. Amma onun həyatı digərləri kimi filmdən sonra daha da parıldamayıb. O, həbsxanaya düşüb. 2009-cu ildə çəkilişlər zamanı cəmi 20 yaşı olan aktyor narkotik istifadəsi və üzərində bıçaq daşıdığı üçün həbs edilib.

Ceymi hər şeyi etiraf edib və cəza olaraq 120 saat ictimai iş alıb. Təəssüf ki, bu təcrübə oğlana heç nə öyrətməyib. 2011-ci ildə Ueylett Londondakı iğtişaşlarda fəal iştirak edib. O,hədb olunub və iki il azadlıqdan məhrum edilib.

Həbsxanadan sonra Ceymi heç vaxt aktyorluq karyerasına qayıtmayıb. Bu yaxınlarda ulduzların pul müqabilində pərəstişkarları üçün fərdiləşdirilmiş video mesajlar yazdığı saytda Ceymi də olub. O, pərəstişkarlarını ad günü münasibətilə təbrik etməyə və ya 160 funt sterlinqə istənilən suala cavab verməyə hazır olduğunu bildirib.

Pərəstişkarları onun tanınmaz halda olduğunu yazıblar. Bir çoxları isə aktyoru tanımadıqlarını bildiriblər.

Milli.Az


Etiketlər:  Harri Potterin aktyoru tanınmaz halda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ