Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tolikin verlişi bu səbəbdən dayandırıldı - FOTO

Tolikin verlişi bu səbəbdən dayandırıldı - FOTO

Tarix: 25 Sentyabr 2023 10:30

Aparıcılığını Tarix Əliyevin (Tolik) etdiyi "Tarixin bir günü" proqramının yayımı dayandırılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  bu haqda Tolik özü məlumat yayıb. O bildirib ki, proqram bir həftə efirə getməyəcək. T.Əliyev bildirib ki, buna səbəb Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinə qarşı aparılan lokal xarakterli antiterror tədbirlərində şəhid verməsidir.

"Qarabağda baş verən qələbə xəbərlərinə görə sevinsək də, şəhid xəbərlərinə göz yaşı axıdırıq. Bu səbəbdən layihə rəhbəri və aparıcısı olduğum "Tarixin bir günü" verilişi bir həftə yayımlanmayacaq" deyə, Tolik bildirib.

Milli.Az


Etiketlər:  Tolikin verlişi bu səbəbdən dayandırıldı FOTO


RƏYLƏR