Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollivud ulduzu malikanəsini rekord qiymətə satır - FOTO

Hollivud ulduzu malikanəsini rekord qiymətə satır - FOTO

Tarix: 25 Sentyabr 2023 15:40

Dünya şöhrətli Hollivud ulduzu Corc Kluni 21 ildir sahib olduğu Komo gölündəki malikanəsini satışa çıxarıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, Kluni evin satışından 100 milyon dollar (təxminən 170 milyon manat) əldə etmək niyyətindədir. 

18-ci əsrdə tikilmiş 25 otaqlı "Villa Oleander" Corc üçün müəyyən sentimental əhəmiyyət kəsb edirdi, çünki o, 2013-cü ildə gələcək həyat yoldaşı Amal ilə Komo gölündə tanış olub.
Daha sonra cütlük iki övladı - oğlu Aleksandr və qızı Ella ilə birlikdə həmin villada istirahət ediblər. Ancaq Amalın evə çox da düşkün olmadığı deyilir. O, Fransaya üstünlük verir və cütlük bu yaxınlarda Provansda yeni əmlak alıb. Aşiqlərin İngiltərə və ABŞ-da da dəbdəbəli evlərinin olduğu bildirilir. 

Milli.Az


Etiketlər:  Hollivud ulduzu malikanəsini rekord qiymətə satır FOTO


RƏYLƏR