Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KOBİA sahibkarlara müraciət etdi

KOBİA sahibkarlara müraciət etdi

Tarix: 25 Sentyabr 2023 15:44

KOB klasteri yaratmaq istəyən kommersiya hüquqi şəxsləri KOB klaster şirkətinin şəhadətnaməsini almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.

Müraciətlər Agentliyə yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada ([email protected]) təqdim edilməlidir. KOB klaster şirkəti şəhadətnaməsini almaq üçün lazım olan sənədləri KOBİA-nın www.smb.gov.az saytından əldə etmək olar.

Qeyd edək ki, KOB klasteri - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusudur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır.

KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.

KOB klasteri barədə ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/kob-klaster

Milli.Az


Etiketlər:  KOBİA sahibkarlara müraciət etdi


RƏYLƏR