Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada ən az və ən çox işləyən xalqların statistikası

Avropada ən az və ən çox işləyən xalqların statistikası

Tarix: 25 Sentyabr 2023 16:06

2022-ci ildə Aİ-də 20-64 yaşlı insanlar üçün tipik iş həftəsi orta hesabla 37,5 saat təşkil edib. Bu bir çox insanın əmək müqaviləsində yazdıqlarından azdır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının apardığı araşdırmada məlum olub.

Hesabat Aİ ölkələri arasında ciddi fərqlər olduğunu göstərir. Məsələn, ən uzun iş həftəsi Yunanıstanda, Polşada, Rumıniyada və Bolqarıstanda qeydə alınıb (40-41 saat).

Bunun əksinə olaraq, ən qısa iş həftəsi Niderlandda, Almaniya və Danimarkadadır (33-35 saat).

Ümumilikdə statistika belədir:

Belçika - 36,9

Bolqarıstan - 40,2

Çexiya - 39,8

Danimarka - 35,4

Almaniya - 35,3

Estoniya - 38

İrlandiya - 36,9

Yunanıstan - 41

İspaniya - 37,8

Fransa - 37,4

Xorvatiya - 39,6

İtaliya - 37,4

Kipr - 39,5

Latviya - 39

Litva - 39,2

Lüksemburq - 38,1

Macarıstan - 39,6

Malta - 39.1

Niderland - 33,2

Avstriya - 36

Polşa - 40,4

Portuqaliya - 39,9

Rumıniya - 40,2

Sloveniya - 39,6

Slovakiya - 39,6

Finlandiya - 36,2

İsveç - 38,9

Statistikaya Aİ üzvü olmayan bir neçə ölkə də əlavə edilib:

İslandiya - 39

Norveç - 35,5

İsveçrə - 36

Serbiya - 43,3


Etiketlər:  Avropada çox işləyən xalqların statistikası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ