Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2023 10:12
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında İsrailə kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz azaldaraq 421,2 milyon dollara çatdırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Avqust ayında Türkiyə İsrailə kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,6 faiz azaldaraq 56,7 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalaraq, 19,5 milyard dollara bərabər olub.
Bu ilin avqust ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,8 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022- avqust 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.