Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2023 12:40
Rusiya hərbçiləri Baxmut və Avdeyevka bölgələrində hücum cəhdlərini davam etdirir. Bununla belə, uğur qazana bilmirlər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstutu məlumat yayıb.
Məlumata görə, hələ də rus qoşunlarının Orexovo-Vasiliyevkanı tutduğunun vizual təsdiqi yoxdur:
"Rusiya qüvvələri Klişeyevka yaxınlığında və Baxmutdan 7 km şimal-qərbdə yerləşən Boqdanovkanın şərq, eləcə də cənub-şərqində uğursuz hücumlar təşkil edib. Rus qoşunları Marinka yaxınlığında və Avdeyevkaya cənubdan da hücuma keçib. Amma orada da uğur qazana bilməyiblər. Onlar Novomixaylovka yaxınlığında itirilmiş mövqelərini geri almağa uğursuz cəhd göstəriblər".