Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2023 20:18
Ermənilərin Qarabağdan çıxarılması barədə heç bir Azərbaycan məmuru göstəriş verməyib. Bununla belə, bölgənin bir çox sakinləri seçimlərinin olmadığını düşünürlər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.
"Ermənistan uzun illər Rusiya ilə sıx əlaqələrin Azərbaycana qarşı bufer rolunu oynayacağına və Qarabağ ermənilərinin de-fakto müstəqilliyinin təminatı olacağına ümid edirdi", - məlumatda deyilir.