Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada ermənilər məhkəmə binasını yandırdı

Moskvada ermənilər məhkəmə binasını yandırdı

Tarix: 27 Sentyabr 2023 11:56

Rusiya Federal Təhlükəsizlik Xidməti (FDX) Moskvada məhkəmə binasını yandıran iki şəxsi saxlayıb. Avqust ayında onlar gecəyarısı oraya fitilli şüşə qoyublar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yanğın avqustun 29-da gecə Moskva şəhərinin Siolkovski küçəsindəki 160 saylı Məhkəmənin ərazisində baş verib. Naməlum şəxslər katibin kabinetinə od vurub və hadisə yerində yalnız içində fitil olan şüşə qoyub gediblər. Yanğın tez bir zamanda söndürülüb. Eyni vaxtda hüquq-mühafizə orqanları yanğın törədənləri axtarmağa başlayıb.

Axtarış təxminən bir aya yaxın çəkib və sentyabrın 25-də FDX iki şübhəli - 31 yaşlı Ohannes Şukurun və 30 yaşlı Sargis Aytyan saxlanılıblar. Məhkəmə ərazisini niyə bu qədər bəyənmədikləri və bunun "Telegram"dan sifariş edilən növbəti hücum olub-olmadığını hazırda araşdırılır. Hələlik onlar yalnız əmlaka qəsdən ziyan vurmada ittiham olunurlar.


Etiketlər:  Moskvada ermənilər məhkəmə binasını yandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ