Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2023 14:22
Novosibirskdə qadın onlayn mağaza vasitəsilə uşağı satmağa cəhd edib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, sentyabrın 2-də "Yula" onlayn mağazasında uşaq satışı ilə bağlı elan yerləşdirilib.
Qadın Novosibirskdə oğlan körpəsini satmaq üçün fotolarla birgə elan yerləşdirib. Ancaq alıcı tapılmayıb və hüquq-mühafizə orqanlarının nümayəndələri hərəkətə keçiblər.
Hazırda polis körpənin və qadının kimliyini araşdırır.
Faktla bağlı "İnsan alveri" maddəsi ilə cinayət işi başlanıb.