Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2023 19:38
UEFA Millətlər Liqasında ilk qələbəsini qazanan qadın futbolçulardan ibarət Azərbaycan millisi görüşdən sonra bunu xüsusi şəkildə qeyd edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Monteneqronu səfərdə 1:0 hesabı ilə üstələyən komandamızın üzvləri patlar dəyişmə otağında Çinar Məlikzadənin "Azərbaycan" mahnısını ifa ediblər. Onların bu addımı azarkeşlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, ilk dəfə keçirilən Millətlər Liqasının C liqasında mübarizə aparan qadınlardan ibarət milli komandamız 3-cü qrupda yer alıb. İlk görüşdə Bakıda Kiprlə heç-heçə edən zəriflərimiz səfərdə Monteneqronu üstələməklə xallarının sayını 4-ə çatdırıb. Yığmamız 2 turdan sonra eyni miqdarda xal toplayan Kiprlə 1-2-ci sıraları bölüşür.