Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran üçüncü hərbi peykini kosmosa göndərdi

İran üçüncü hərbi peykini kosmosa göndərdi

Tarix: 27 Sentyabr 2023 22:16

İran "Nur-3" adlı ölkənin üçüncü hərbi peykini kosmosa göndərdiyini açıqlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur sosial media hesabından paylaşım edib.

İranlı nazir bildirib ki, "Nur-3" adlı peykin yerdən 450 kilometr uzaqlıqdakı orbitə yerləşdirilməsi mərhələsi uğurla başa çatıb.

İlk yerli istehsal peykini 2009-cu ilin fevralında kosmosa göndərən İran 2020-ci ilin aprelində "Nur-1" adlı ilk hərbi peykini kosmosa çıxarıb. 2022-ci ilin martında İran "Nur-2"ni 500 kilometr məsafədə orbitə yerləşdirdiyini elan edib.


Etiketlər:  İran üçüncü hərbi peykini kosmosa göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ