Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi” – "Qarabağ” oyununa biletlərin qiyməti açıqlandı

Tarix: 31 Oktyabr 2019 11:44

Premyer Liqanın 10-cu turunda keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri bu gün satışa çıxarılacaq.

Qol.az-ın Bakı klubunun istinadən yaydığı xəbərə görə, biletlərin qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edəcək. Biletləri saat 15:00-dan etibarən "Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, noyabrın 1-i "Bakcell Arena”da keçiriləcək  "Neftçi” – "Qarabağ” görüşü saat 20:00-da başlayacaq.

 


Etiketlər:  Neftçi Qarabağ oyununa biletlərin qiyməti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ