Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

David Babayan təslim oldu

David Babayan təslim oldu

Tarix: 28 Sentyabr 2023 10:15

Keçmiş qondarma rejimin "xarici işlər naziri" Davit Babayan Azərbaycana təslim olacağını açıqlayıb.

Sonxeber.net xəəbər verir ki, Babayan bu barədə özü məlumat yayıb.

Qondarma "Artsax" "prezident"-inin müşaviri :
 
Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Stepanakertdən Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər. Mənim peyda olmamağım, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm", - deyə Babayan bildirib. 



Etiketlər:  David Babayan təslim oldu


RƏYLƏR