Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Onların bu qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur” - XİN

“Onların bu qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur” - XİN

Tarix: 28 Sentyabr 2023 14:15

Biz bir daha bildiririk ki, Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur.

Sonxeber.net bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

"Biz onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırıq. Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir və Azərbaycanın Konstitusiyası, milli qanunvericiliyi və qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır", - deyə qeyd edilib.

Xatırladaq ki, bu gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.


Etiketlər:  Onların qərarı ilə Azərbaycanın heç əlaqəsi yoxdur XİN


RƏYLƏR