Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2023 23:10
Azərbaycan əsilli rusiyalı müğənni və musiqiçi Elman (Elman Zeynalov) "Вопрос ребром" yutub layihəsinin qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, veriliş zamanı Elmandan bir vaxtlar yardım etdiyi müğənni Jony (Cahid Hüseynli) soruşulub. Elmana Jony-nin məşhur olmasında əməyi olduğu, əgər o olmasaydı ifaçının aqibətinin necə olacağı soruşulub.
"Fərqli düşünə bilmirəm, çünki bu, artıq baş verib. Vaxtı geri qaytara bilmirəm, amma mənə elə gəlir ki, bu, bütün komandanın zəhmətidir. Biz olmasaq nə olardı? Yəqin ki, bizdən əvvəl necə idisə, elə helə də olardı" deyə, Elman cavab verib.
Elmandan Jony-nin onların şirkətindən ayrıldıqdan sonra niyə daha məşhur olduğu soruşulduqda isə o, "Ancaq rəqəmlərlə saya bilirəm. "Камнепад" bizim buraxdığımız son trekdir. Rəqəmləri götürsək, Jony-nin karyerasında RAAVA-dan sonra Комета" trekindən daha böyük bir mahnı yoxdur. Rəqəmlərə görə, mən hələ razı deyiləm. Jony-nin məşhurluğu tamamilə mənim əməyimdir" cavabını verib.
Elman niyə hələ də Azərbaycan dilində mahnı oxumamasından bəhs edib:
"Sadəcə, öz ana dilimdə çox gülməli danışıram. Mənim ləhcəm yeni gəlib rus dilini öyrənməyə başlayan uşaqlara bənzəyir, mən azərbaycanca təxminən eyni danışıram. Bəzi sözləri bilirəm".