Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məncə, Xankəndidə bayrağımız bu tarixdə dalğalanacaq''

''Məncə, Xankəndidə bayrağımız bu tarixdə dalğalanacaq''

Tarix: 29 Sentyabr 2023 12:45

"Final mərhələsindəyik. Mənim üçün final mərhələ isə Xankəndi İcra Hakimiyyətinin binası üzərində Azərbaycan bayrağının qaldırılmasıdır. Məncə, bu, bir neçə günün məsələsidir".

Sonxeber.net xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, reinteqrasiya adlanan yeni mərhələ başlayıb.

"Hesab edirəm ki, bu artıq sülhyaratma prosesidir, əlbəttə, o, bəsit deyil, maliyyə investisiyası tələb edir. Ancaq əsas məsələlərdən biri - azərbaycanlıların Xankəndidəki öz dədə-baba yurdlarına qayıtmalarıdır", - deyə E. Məmmədyarov əlavə edib.


Etiketlər:  Məncə Xankəndidə bayrağımız tarixdə dalğalanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ