Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2023 15:36
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə Bakının əsas tələblərindən biri azərbaycanlıların öz yurdlarına - Qərbi Azərbaycana qayıtmasının təmin edilməsi, İrəvanın onların təhlükəsizliyinə zəmanət verməsidir. Əliyev bunu əsas şərtlərdən biri kimi irəli sürüb. Rəsmi mənbələrin məlumatına görə, müqavilənin imzalanmasında problemli məsələlərdən biri də budur.
Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Nəşr yazır ki, Nikol Paşinyan hakim partiyanın üzvləri ilə son qapalı görüşündə bu barədə açıq danışıb:
"Bildirib ki, onlar bir tərəfdən beynəlxalq konvensiyaların əksinə çıxa, qaçqaınların geri qayıtmasını rədd edə bilməzlər, digər tərəfdən isə bunun Ermənistan üçün fəlakət olacağını da anlayırlar. Mümkün hər şeyi edəcəklər ki, bu baş verməsin".
Nəşr qeyd edir ki, Azərbaycan qaçqaınların öz yurdlarına qayıtması məsələni artıq beynəlxalq gündəliyə daxil etməyə nail olub.
"Artıq ABŞ, Avropa və Rusiyanın yüksək səviyyəli rəsmiləri bu haqda danışmağa başlayıb. Bildirilir ki, bu məsələ Ermənistan-Azərbaycan danışıqlarının mövzusudur. Bu ilin 15 iyulunda Brüsseldə keçirilən Əliyev-Mişel-Paşinyan görüşündə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması məsələsi müzakirə olunub. Görüşdən 10 gün sonra Paşinyan da belə bir müzakirənin olduğunu dolayısı ilə təsdiq edib", - nəşr yazır.