Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Pirola" təhlükəsi - Daha çox yoluxucu ştam aşkarlandı

Tarix: 29 Sentyabr 2023 18:20

COVID-19-un yeni və daha çox yoluxucu olan ştamı meydana çıxıb.

Milli.Az "report"a istinadən bildirir ki, yeni ştam "Pirola" adlanır.

Amerikalı ekspert Georges Benjamin bildirib ki, bu ştam daha da yoluxucu olmasına baxmayaraq, öldürücü deyil: "Amma əsas problem odur ki, mövcud peyvəndlər daha az təsirlidir. Çünki virus hər dəfə mutasiyaya uğrayır. Bu isə vaksinlərin effektliyini azaldır".

Məlumata görə, yeni ştamın özünəməxsus simptomu hələ ki aşkarlanmayıb. Bununla belə, "Pirola"ya yoluxanlarda ümumi əlamətlər - şiddətli ürəkbulanma, öskürək, boğazağrısı, burun axması, asqırma, yorğunluq, başağrısı, əzələ ağrıları və iybilmənin itməsi müşahidə olunur.

Ekspert qeyd edib ki, dünyada yoluxmanın artmasının əsas səbəblərindən biri də vaksinlərin bərabər paylanmaması, bəziləri üçün peyvəndlərin əlçatan olmamasıdır: "İnsanlar lazım olan qədər peyvənd vurdurmadıqları üçün daha çox yoluxurlar. Buna görə də xüsusilə peyvənd olunmayanlar daha tez yoluxur və vaxtından əvvəl ölür".

Həkim insanları peyvəndlənməyə çağırıb.

Milli.Az


Etiketlər:  Pirola təhlükəsi Daha çox yoluxucu ştam aşkarlandı


RƏYLƏR