Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayı iki turisti parçaladı

Ayı iki turisti parçaladı

Tarix: 2 Oktyabr 2023 08:30

Boz ayı Kanadanın Banff Milli Parkına gələnlərə hücum edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Canadian Press" məlumat yayıb.

"Parks Canada"nın sözçüsü, ayının artıq zərərsizləşdirildiyini bildirib.

"Parks Canada"nın xarici əlaqələr üzrə meneceri Natali Fey agentliyin cümə günü axşam saatlarında GPS cihazından ayı hücumu xəbəri aldığını bildirib. Cihaz "Red Deer" çayı vadisindəki fövqəladə vəziyyətin koordinatlarını göstərib.

Dərhal hadisə yerinə xilasedicilər göndərilib, lakin hava şəraiti komandanın sürətinə mane olub.

"Xilasetmə qrupu gecə saat 1-də hadisə yerinə gəlib və iki cəsəd tapıb", - Fay deyib.

Eyni yerdə mütəxəssislər aqressiv boz ayı görüblər.

"Təhlükəsizliyi təmin etmək üçün "Parks Canada" işçiləri heyvanı yerində məhv ediblər.


Etiketlər:  Ayı turisti parçaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ