Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kral ailəsinin saytına hücum - 90 dəqiqə ərzində...

Kral ailəsinin saytına hücum - 90 dəqiqə ərzində...

Tarix: 2 Oktyabr 2023 15:52

Rusiyalı haker məqsədyönlü hücumla Britaniya kral ailəsinin rəsmi saytını sındırdığını iddia edib.

Milli.Az olay-a istinadən bildirir ki, Rusiyanın "KillNet" haker qrupunun lideri olduğu iddia edilən "KillMilk" adlı şəxs "Telegram"-dakı paylaşımında kral ailəsinin rəsmi saytına hücum etdiklərini bildirib. 

Qrup saytın bağlanmasının "pedofillərə hücum" olduğunu vurğulayıb.

Britaniyanın "Mirror" qəzeti kral ailəsinin rəsmi saytı "royal.uk"-un təxminən 90 dəqiqə işləmədiyini və yalnız səhv mesajı göstərdiyini, lakin sonradan yenidən onlayn olduğunu bildirib. 

Bukingem Sarayı hələ ki, internet saytına edilən hücumla bağlı açıqlama verməyib.

Milli.Az


Etiketlər:  Kral ailəsinin saytına hücum 90 dəqiqə ərzində


RƏYLƏR