Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəblərdə mobil telefonlar qadağan ediləcək?

Məktəblərdə mobil telefonlar qadağan ediləcək?

Tarix: 3 Oktyabr 2023 19:18

Böyük Britaniyanın təhsil naziri Cillian Kiqan İngiltərə məktəblərində mobil telefonların qadağan olunmasını tövsiyə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniya Təhsil Nazirliyinin dərc etdiyi kommünikeyə əsasən, bu tədbir destruktiv davranışla mübarizəyə kömək göstərəcək və məktəblilərin diqqətini təhsilə cəlb edəcək.

Mobil telefonlardan istifadənin bütün dərs günü ərzində, o cümlədən tənəffüslərdə də qadağan edilməsi təklif olunur. Əgər məktəblər bu tövsiyəyə əməl etməsələr, hökumət qadağanın məcbur edilməsi barədə qanunverici aktı müzakirəyə çıxaracaq.

Böyük Britaniya hökumətinin məlumatına görə, İngiltərədə məktəblilərin 29 faizi dərslərdə mobil telefonlardan istifadə edir.

Qeyd edək ki, smartfonların məktəblərdə istifadəsinin təhlükəsi barədə BMT-nin xəbərdarlığından sonra Fransa, İtaliya və Portuqaliyada analoji qadağalar qüvvəyə minib.

Milli.Az


Etiketlər:  Məktəblərdə mobil telefonlar qadağan ediləcək


RƏYLƏR