Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tolik dövlətdən ev istəyən müğənniləri tənqid etdi - Video

Tolik dövlətdən ev istəyən müğənniləri tənqid etdi - Video

Tarix: 3 Oktyabr 2023 22:30

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) dövlətdən ev istəyən müğənniləri tənqid edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu barədə Tarixin bir günü verilişində danışıb. 

"Var dövlətlərini vaxtında satıblar, yeyib-içiblər, indi pulları qurtarıb və deyirler ki, dövlət bizə ev versin. Axı niyə? Sən dövlət üçün ne etmisən? Toyda oxumusan, xalqın pulu ilə kef etmisən. Vergini ödəməmisən. Üç aya 100-200 manat ödəsələr böyük bir şeydir. Dövlət müğənnidənsə kasıba ev verər də... Düz demirəm bəlkə? Sen gedib toyda yarım saatı 2-3 minə oxuyursan. Dövlət sənə niye ev verməlidir? Get ipoteka ilə evini al və yaşa. Bizim şəhidlərimiz hansı evlərdən çıxıb... Sən bütün günü bəzən-düzən toya get, sonra da de ki, mənim bir dənə evim var və orada paltarlarımı, əşyalarım yerləşdirmişəm. Sən bu dövlət üçün nə etdin? Bir şey deyən kimi də deyir ki, mən getmişəm əsgərlərə konsert vermişəm. Sənin borcundur onlara konsert vermək" deyə, Tolik bildirib.

Milli.Az


Etiketlər:  Tolik dövlətdən ev istəyən müğənniləri tənqid etdi Video


RƏYLƏR