Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov təxribat xarakterli suala belə cavab verdi

Qurban Qurbanov təxribat xarakterli suala belə cavab verdi

Tarix: 4 Oktyabr 2023 22:00

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah İsveçin "Hekken" klubuna qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında iştirak edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, yerli jurnalistlərdən biri çalışdırıcıya "Ermənilər hazırda "Qarabağ"ı tərk edir, bu sizə təsir edir" sualını verib.

Qurbanov onun sualına belə cavab verib:

"Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Bu gün ordakı insanlar öz doğma ölkələrinə gedirlər. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Digər ölkənin nümayəndələrin çox yaxşı yola salırlar. Rahat şəkildə onlara şərait yaradılır, kömək edilir. Hamı bilir ki, biz özümüzü daha yaxşı hiss edirik, çünki torpaqlarımız qayıdıb. "Qarabağ" Azərbaycandır, Azərbaycanın olub".


Etiketlər:  Qurban Qurbanov təxribat xarakterli suala belə cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ