Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 14:22
Polşa tarixində ilk dəfə olaraq paytaxt Varşavada raketdən müdafiə sistemi yerləşdirib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
O bildirib ki, Varşava səmasının təhlükəsizliyini ABŞ-nin "Patriot" sistemi qoruyacaq.
Qeyd olunub ki, sabahdan etibarən döyüş növbətçiliyi başlayacaq.